Günəş batareyalı nişanlar zay çıxdı

İlin əvvəllərindən ölkəmizin yollarında Günəş enerjisi ilə işləyən və işıq saçan nişanlar qoyulmasına başlanıldı. Amma...
Avtosfer.az-ın məlumatına görə, Bakı şəhərinin xeyli küçə və prospektlərində quraşdırılmış belə nişanlar bir neçə gündür ki işləmir, yəni işıq saçmır. Bunun səbəbi yəqin ki, son bir neçə gündə havaların buludlu və yağıntılı keçməsidir. Amma həmin nişanlarda tətbiq olunan texnologiya elədir ki, gündüz vaxtı havanın sadəcə işıqlı olması Günəş panellərinin enerji ala bilməsi üçün yetərlidir. Hava buludlu, çiskinli olsa da, bu panellər enerjini toplamalı və gecə vaxtı da nişandakı işıqların yanmasını təmin etməlidir. Lakin yollarımızdakı əksər nişanlarda bir neçə gündür ki, işıqlar yoxa çıxıb. Belə vəziyyət həmin nişanların yalnız zay olması ilə bağlı ola bilər. Məsələ burasındadır ki, bu nişanların ölkəmizə gətirilən ilk partiyasında quraşdırılmış bir neçə nişan (məsələn, Bakı-Sumqayıt yolunda Xırdalan qəbiristanlığı yanında qoyulan nişanlar) son günlərin yağışlı və çiskinli havalarında da fasiləsiz işləməkdədir. Deməli, ilk gətirilən nişanlar lazımi keyfiyyətdə olsa da, daha sonralar gətirilərək kütləvi şəkildə tətbiq olunan nişanlar “saxta”dır.
Günəş enerjisi ilə işləyən nişanlar, yəqin ki, adi nişandan 5-10 dəfə baha olar. Özü də bu nişanların dirəyinə başqa nişanların bərkidilməsi mümkünsüzdür ki, bu da yolların nişanlarla təchizatında əlavə problem yaradır. Bu nişanlarda “Yol hərəkəti haqqında” Qanunla təsdiq olunmuş rəng tərtibatı da pozulub. Belə olduğu halda, həmçinin yollarımızda minlərlə nişanın çatışmadığı bir şəraitdə Günəş enerjili nişanların kütləvi şəkildə tətbiqi suallar doğurur. Bu azmış kimi, həmin nişanların buludlu havada işləməməsi isə başa düşülən deyil. Bütün bunlar isə bir sual doğurur: Həmin nişanlar kimə və nəyə lazımdır?
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO










