Günəşdə gün ərzində üçüncü partlayış qeydə alınıb

Bazar ertəsi Günəşdə gün ərzində üçüncü partlayış qeydə alınıb. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Bildirilir ki, avqustun 25-də Moskva vaxtı ilə saat 18:18-də (Bakı vaxtı ilə 19:18) rentgen diapazonunda M1.2 sinfinə aid partlayış baş verib. Qeyd edək ki, M1.2 partlayış gücünə görə sondan əvvəlki səviyyəyə aiddir.
***
Alimlər 2025-ci il iyunun 20-dən etibarən Günəşdə ən güclü partlayışı qeydə alıblar, onun maksimal şüalanması Bakı vaxtı ilə saat 9:24-də qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib. Məlumata görə, partlayış M4.6 səviyyəsinə çatıb və müasir beş ballıq sistem üzrə dördüncü kateqoriyaya aid edilib. "Hazırda fəaliyyət mərkəzləri hələlik Yerə birbaşa istiqamətlənmədən uzaqdır, lakin yaxın sutkalar ərzində onlar elə yerdəyişmə edə bilər ki, planetimizə təsir ehtimalı əhəmiyyətli dərəcədə artacaq", - deyə laboratoriyadan qeyd edilib. Alimlərin məlumatına görə, plazma emissiyalarının ilk periferik təsirləri Yerə avqustun 25-də axşam saatlarında təsir edə bilər, əsas təsir isə avqustun 26-da günün ikinci yarısında gözlənilir.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












