Gürcüstan turistlər üçün sərhəd-keçid qaydalarını sadələşdirdi

Gürcüstan hökuməti əcnəbilər üçün sərhəd-keçid qaydalarını dəyişdirib. Hökumətin qərarına əsasən, martın 1-dən Gürcüstana səfər edən əcnəbilər üçün sadələşdirilmiş qaydalar qüvvəyə minib.
Koronavirus əleyhinə tam vaksinasiya kursu keçmiş əcnəbilərdən hava, quru və dəniz sərhədini keçərkən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış və ölkəyə səfərə yollanmazdan öncə onlayn qeydiyyatdan keçmək tələb olunmayacaq. Peyvənd vurdurmayan xarici ölkə vətəndaşları isə son 72 saat ərzində aparılmış PCR testinin neqativ nəticəsinə dair arayış təqdim etməlidirlər və səfərdən öncə mütləq onlayn qeydiyyatdan keçməlidirlər. Həmin şəxslər Gürcüstana daxil olduqdan sonra 72 saatın tamamında təkrar testdən keçmək məcburiyyətindən azad olunublar. Hökumət xaricdən gələn ölkələrin vətəndaşları ilə bağlı qadağaları da ləğv edib. Belə ki, ölkə vətəndaşları, vaksin olunanlar vətənlərinə hava və quru yolla qayıdarkən PCR testi təqdim etməyəcəklər və özünütəcrid rejiminə keçməyəcəklər. Peyvənd olunmayanlardan isə son 72 saat ərzində aparılmış PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq. Onlar da ölkədə olduqları üçüncü günün tamamında təkrar test vermək öhdəliyindən azad ediliblər. Əgər vətəndaş Gürcüstana PCR testi ilə bağlı sənədsiz qayıdarsa, həmin şəxs beş gün müddətində karantin rejimində qalmalı olacaq. (Avia Travel)
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












