Gürcüstanda bu il sürücülük vəsiqəsi alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Gürcüstanda 20 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin hesabatından məlum olur. Avtomobil idarə etmək hüququnu qonşu ölkədə əldə etmiş 16-49 yaş arasında olan Azərbaycan vətəndaşlarının 10-u kişi, 10-u qadındır. İlk doqquz ayda Gürcüstanda ümumilikdə 3 528 nəfər sürücülük vəsiqəsi alıb ki, onların 2 783-ü Gürcüstan vətəndaşı, 745-i isə əcnəbilərdir.
Qeyd edək ki, Gürcüstanda sürücülük hüququ 16 yaşdan etibarən verilir. Bu yaşda moped, kvadrasikl və trisiklləri idarə etmək hüququ əldə etmək olur. 2025-ci ilin may ayının sonundan etibarən Gürcüstanda əcnəbilər sürücülük vəsiqəsini yalnız yaşayış icazəsi və yaxud ölkədə 185 gündən artıq qalma haqqında arayış əsasında ala bilirlər.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












