Gürcüstanda iki azərbaycanlı faciəvi şəkildə öldü

Bu gün Gürcüstanda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində 2 Azərbaycan vətəndaşı ölüb, 1-i xəsarət alıb. Tiflis Fövqəladə Hallar Xidməti Departamentindən APA-ya verilən məlumata görə, hadisə azərbaycanlıların kompakt yaşadığı Qardabani rayonunun Sarticala kəndi yaxınlığında qeydə alınıb. Gürcüstan vətəndaşı Eldar Bayramovun idarə etdiyi yük avtomobili (treyler) ilə Azərbaycan vətəndaşı Nikolay Əhmədovun idarə etdiyi AZE 10 CC 520 dövlət nömrə nişanlı BMW markalı avtomobil toqquşub. Nəticədə 35 yaşlı Nikolay Əhmədov və onun 2 yaşlı övladı ölüb, uşağın anası isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yol-patrul və fövqəladə hallar xidmətlərinin əməkdaşları, eləcə də təcili yardım maşınları gəlib. Faktla ilə bağlı patrul xidməti və digər qurumlar tərəfindən təhqiqat aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












