Gürcüstandan Azərbaycana avtomobil ixracı niyə azalıb?

Gürcüstan və Azərbaycan arasında olan iqtisadi münasibətlər Gürcüstan və Azərbaycan hökumətlərinin perspektiv prioritetləridir. APA-nın məlumatına görə, bunu Gürcüstanın baş nazirinin müavini, iqtisadiyyat naziri Georgi Kvirikaşvili bu ölkədən Azərbaycana avtomobil ixracının azalmasına münasibət bildirərkən deyib.
Nazir bildirib ki, Azərbaycan tərəfinin qəbul etdiyi “Avro-4” standartı avtomobil satışının müvəqqəti aşağı düşməsinə səbəb olub: “Avtomobil satışı ilə məşğul olan adamlara vaxt lazım idi ki, bu standartlara uyğun ixrac ilə məşğul ola bilsinlər. İndi hər şey yoluna düşür, müsbət irəliləyiş müşahidə olunur”.
G.Kvirikaşvili Gürcüstan və Azərbaycan arasında ümumi mal dövriyyəsinin aşağı düşməsinin olmadığını, əksinə yüksəlmə olduğunu bildirib: "Avtomobil satışında qısa da olsa aşağı düşmə olmuşdu, lakin indi orta ənənə müsbətdir. Düşünürəm ki, Azərbaycan və Gürcüstan çox vacib strateji tərəfdaşdır. Azərbaycan Gürcüstanda birbaşa investiya yatıran bir nömrəli ölkədir. Biz Bakı-Tbilis-Qars kimi layihələri birlikdə həyata keçiririk. Artıq Gürcüstan tərəfdə praktiki olaraq bütün işlər yekunlaşıb və Axalkalakidə terminalın tikintisi gedir. Dəmir yolu xətti isə qatarların hərəkətinə hazırdır. Türkiyə tərəfdə isə işlər gedir. İndi Türkiyə və Gürcüstan tərəfini birləşdirən tunelin tikintisi üzərində işlər aparılır. 2015-ci ilin sonunadək bütün hesablamalara görə, əgər hansısa ekstremal situasiya baş verməsə, ümidvarıq ki, Bakı-Tbilisi-Qars layihəsi yekunlaşacaq”, - deyə nazir vurğulayıb.
Baş nazirin müavini SOCAR-ın Gürcüstanda böyük layihələr həyata keçirdiyini vurğulayıb: “Bundan başqa, SOCAR Gürcüstanda böyük layihələr həyata keçirir. Gürcüstanın regionlarında qazlaşdırma işləri gedir və bu istiqamətdə böyük inkişaf var. Biz buna görə Gürcüstan tərəfi olaraq, SOCAR rəhbərliyinə təşəkkürümüzü bildiririk”.
İş və dərs saatları bu qaydada dəyişsə tıxaca qarşı effekt verəcək - EKSPERT
Bakıda 18 istiqamətdə sıxlıq var - FOTO - YENİLƏNİB
Ekspress avtobuslar sərnişinləri daşımağa kifayət edəcəkmi? – Sabah bilinəcək
Vətəndaşların NƏZƏRİNƏ: Sabahdan "Nizami" və "28 May" stansiyaları arasında hərəkət dayandırılır
Yeni tikilən binanın lövhəsində “16 mərtəbə” yazılıb amma əlavə mərtəbə yaradılır? – Memardan İDDİA – FOTO
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI










