Gürcüstanla dəmiryolu bərpa edilir? - AÇIQLAMA

“Əslində Gürcüstan hökuməti uzun müddətdir ki, Azərbaycandan heç olmasa dəmiryolu nəqliyyatının bərpa olunmasını xahiş edir. Bu istiqamətdə dəfələrlə danışıqlar gedib. Doğru olan da budur”.
Avtosfer.az xəbər verir ki, bu sözləri "yenisabah"a açıqlamasında əslən Gürcüstandan olan iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, iki ölkə arasında dəmiryolu nəqliyyatının açılması həm sosial, həm də iqtisadi olaraq çox önəmlidir.
Ekspert vurğulayıb ki, dəmiryolunun açılması kifayət qədər ciddi və müsbət hadisə ola bilər:
“Mən çox istəyərdim ki, yay bitməmiş bu qərar yerinə yetirilsin. Çünki Gürcüstanda yaşayan soydaşlarımızın da ən böyük arzusu budur. Onlar üçün Azərbaycan güvən və dayaq yeridir. Hamısının burada qohumları var. 100 minlərlə insanların, Gürcüstanda, Azərbaycanda yaşayanların qohumluq əlaqələri var. Bu baxımdan, elə sosial məsələ olaraq da, dəmiryolunun açılması kifayət qədər ciddi və müsbət hadisə ola bilər”.
Qeyd edək ki, "Azərbaycan Dəmir Yolları"nın (ADY) sədri Rövşən Rüstəmov və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili Tbilisidə görüş keçiriblər. Danışıqlar zamanı tərəflər iki ölkə arasında dəmir yolu ilə sərnişindaşımalarının bərpasının mümkünlüyünü müzakirə ediblər. Qeyd olunub ki, Tbilisidəki görüşdə R.Rüstəmov və M.Kvrivişvili bu məsələnin əhəmiyyətini bir daha vurğulayıblar.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










