Hacıqabulda yerləşən körpü təmir edilir - FOTO + VİDEO

Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 116-cı kilometrliyində yerləşən körpüdə təmir işləri həyata keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən oxu.az-a verilən məlumata görə, təmir işləri körpünün giriş və çıxışlarında, həmçinin qovşaqlarda aparılır.
Körpüdə yolun hərəkət hissəsinin deformasiyaya uğramış ərazilərinin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək,ərazidən daşınıb. Hazırda frezlənmiş ərazilərdə asfaltlanma işləri aparılır. Ümumilikdə 10 min kvadrat metr sahəyə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır.
Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında həyata keçirilən təmir işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün sözügedən yola lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
2002-ci ildə inşa edilən 4 aşırımlı körpünün uzunluğu 78 metr, eni isə 33,4 metrdir. Körpünün hərəkət hissəsinin eni 26,4 metr, hündürlüyü isə 6,5 metrdir.
Qeyd edək ki,təmir işlərinin aparıldığı bir hərəkət zolağı üzrə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılaraq digər zolağa yönləndirilir. Bu üzdən Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC aparılan təmir işləri ilə bağlı yaranmış müvəqqəti narahatçılığa görə üzr üstəyir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












