Hava çirkliliyi ilə ölümcül xəstəlik arasında əlaqə müəyyən olundu - Nəqliyyatdan doğat xəstəlik

Californiyanın Devis Universitetinin alimləri nəqliyyata görə hava çirklənməsi ilə ölümcül və sağalmaz Altsheymer xəstəliyi də daxil olmaqla demensiyanın inkişaf riski arasında əlaqə müəyyən ediblər.
“EurekAlert!” portalının məlumatına görə, bu barədə “Environmental Health Perspectives” jurnalında məqalə dərc olunub.
Təcrübəyə əsasən, tədqiqatçılar siçovulları 14 ay təmiz və çirkli havaya məruz qoyublar. Mütəxəssislər eksperimentdə həm vəhşi tip heyvanları, həm də Altsheymer xəstəliyinin inkişafına kömək edən və insan DNT-sinə bənzər genləri olan heyvanları istifadə ediblər.
Məlum olub ki, nəqliyyatın hərəkəti ilə bağlı hava çirkliliyi yalnız risk genini daşıyan heyvanlarda deyil, vəhşi tipli siçovullarda da Altsheymer xəstəliyinin biomarkerlərini gücləndirib. Tədqiqatçıların fikrincə, bu, havanın zəif keyfiyyətinin qocalıqda demensiya xəstəliklərinə səbəb ola biləcəyini göstərir, həmçinin Altsheymser xəstəliyi hallarının dünyada artmasının səbəbini izah edir.
Alimlər beynin qocalmasına zərərli təsirləri ilə əlaqədar hava ilə bağlı mövcud standartları yenidən nəzərdən keçirməyin zərurətini vurğulayıblar.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












