Hava Limanı ekspress avtobuslarında pulsuz Wi-Fi xidməti istifadəyə verilib

"BakuBus" MMC Hava Limanı Ekspress (H1) xəttində pulsuz Wi-Fi xidmətini istifadəyə verib.
Avtosfer.az bu barədə şirkətə istinadən xəbər verir.
Xatırladaq ki, sözügedən marşrut xəttinə xüsusi dizayn edilmiş, müasir sərnişindaşıma tələblərinə cavab verən “Neoplan” markalı avtobuslar buraxılıb. Marşrut xətti Heydər Əliyev Beynəlxalq Aeroportu ilə paytaxtın mərkəzini əlaqələndirir və Hava Limanı – “Koroğlu” HUB – “28 may” metrostansiyası marşrutu üzrə hərəkət edir.
25 dəqiqəlik intervala malik H1 xətti üzrə səyahət müddəti 60 dəqiqə təşkil edir.
Marşrut xəttində gediş haqqı 1,3 manat təşkil edir. Ödəniş Hava limanında quraşdırılmış xüsusi aparatlar vasitəsilə əldə oluna bilən “BakıKart” kartları, eyni zamanda “m10” və “Birbank” mobil tətbiqləri vasitəsilə həyata keçirilir.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












