Hava şəraiti dəyişir

Sabah Azərbaycanın bəzi ərazilərində şimşək çaxacaq, yağış yağacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Gündüz mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-55 faiz təşkil edəcək.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam Böyük və Kiçik Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












