Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq ölkənin avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (19.01.22, saat 10:00).
AAYDA-dan Avtosfer.az-a verilən məlumata görə, “ZƏFƏR” yolunda yağıntı yoxdur, 9-13 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb və nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisu: yağıntı yoxdur, Toğanalı kəndi ərazisində 13-15 dərəcə, Murovdağ yüksəkliyində 19-22 dərəcə şaxta var. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi: yağıntı yoxdur, Xınalıq ərazisində 8 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin normal və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə müvafiq tədbirlər görülüb.
Giləzi – Xızı: hazırda yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Bakı – Qobustan: yağıntı yoxdur, Qobustan rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Qobustan - Şamaxı – Muğanlı: yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 2-3 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Muğanlı - Ağsu – Yevlax: yağıntı yoxdur, Muğanlı ərazisində 3-4 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Muğanlı – İsmayıllı: yağıntı yoxdur, 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
İsmayıllı - Qəbələ - Oğuz- Şəki: yağıntı yoxdur, İsmayıllı və Qəbələ rayonları ərazisində 4-5 dərəcə, Oğuz və Şəki rayonları ərazisində 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Şəki - Qax – Zaqatala: yağıntı yoxdur, Qax rayonu ərazisində 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Yevlax - Şəki (Göybulaq): yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir - Gədəbəy: gədəbəy rayonu ərazisində qar yağır, 8-10 dərəcə şaxta var. Şəmkir rayonu ərazisində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Gəncə - Daşkəsən – Xoşbulaq: yağıntı yoxdur, Daşkəsən rayonu ərazisində 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Ələt – Astara: marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Masallı – Yardımlı: yağıntı yoxdur, Yardımlı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Yolda hərəkət təmin olunub.
Lənkəran – Lerik: yağıntı yoxdur, Lerik rayonu ərazisində 5-6 dərəcə şaxta, güclü külək var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Bakı- Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax- Gürcüstan Respublikası ilə dövlət sərhədi: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Hacıqabul – Bəhramtəpə – Horadiz: yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Piyadalar keçidlərdən niyə istifadə etmirlər? - Aeroport yolunda "ölüm yarışı" - VİDEO
Bir piyadaya görə 60 nəfər dayanır - Ekspert
Ramazan ayının iyirmi dördüncü gününün duası - İmsak və iftar vaxtı
"Maşın oğurluqdur" deyib əlindən aldı, sonra yenidən özünə satdı - Bakıda qəribə dələduzluq - VİDEO
Alman avtomobil nəhəngi müdafiə sənayesi üzrə də fəaliyyət göstərəcək - RƏSMİ
Uşağı döyən valideyn 200 manat cərimələnəcək, bəs sonra? - EKSPERT RƏYİ
Yer kürəsində maqnit qasırğası başlayıb
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI
Nəqliyyatda yeni KARTLAR: Gediş haqqında QİYMƏT ARTIMI OLACAQ?
Bu universitetlər Bakıdan KÖÇÜRÜLƏCƏK - Yeni ünvanlar HARA OLACAQ?
Rusiyada dizel yanacağı kəskin bahalaşdı – BİZƏ MÜMKÜN TƏSİRİ










