Hava sərhədləri açılan kimi ermənilərin Rusiyaya kütləvi köçü başladı - Bilet tapan qaçır

Qarabağdakı ağır məğlubiyyətdən və onsuz da çökmüş iqtisadiyyatın darmadağın olmasından sonra, Ermənistan vətəndaşları kütləvi şəkildə Rusiyaya qaçmağa başlayıb. Ermənistan-Rusiya hava sərhədlərinin açılmasından sonra, hava limanlarında sıxlıq yaşanır. Avropa.info xəbər verir ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Naira Zöhrabyan Rusiyaya kütləvi köç edən ermənilərin bilet tapmadıqlarını, nəticədə işbazlardan 700 dollara bilet aldıqlarını deyib.
"Hansısa erməni ailənin bilet əldə edən ilklərdən biri olması ilə bağlı sevincini görməli idiniz. Dünən Moskvaya bir tərəfli bilet 700 dollara satılırdı və Moskvaya bir bilet hərracda satılarsa təəccüblənməyin. Gündəlik çörək problemi üçün Ermənistanı tərk edən ermələri günahlandırmağa haqqım yoxdur", deyə Zöhrabyan bildirib.
Erməni deputatın fikirincə, bütün bunların tək suçlusu Ermənistan baş naziri Nikol Paşinyan və onu dəstəkləyən ermənilərdir.
Ermənistanın problemi, bilet almaq və vətənlərini tərk etmək üçün 700 dollar pulu olmayan, lakin Nikol Paşinyanın səhvi olmadığını düşünənlərdir. Bu düşüncədə olan ermənilər Ermənistanın varlığına təhdiddir", deyə Zöhrabyan qeyd edib.
Faşist və təxribatçı mövqeyilə seçilən Zöhrabyan iddia edib ki, hər hansı erməninin ölkəni tərk etməsi təkcə sosial problemlərlə yox, həm də “sabah türkün onun evinə girməyəcəyinə əmin olmadığı” üçündür.
Qeyd edək ki, erməni mediası bu gün də hava limanlarında sıxlıq olduğunu və əhalinin kütləvi şəkildə Rusiyaya köç etdiyini bildirir.
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA
İlham Əliyev ilə Nikol Paşinyan arasında görüş başa çatdı - FOTOLAR - VİDEO - YENİLƏNİB
Heyvanların yola çıxmasının qarşısını necə almaq olar? – TƏKLİF
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO










