Həbs edilən icra başçısının əmisi oğlu: "Qanun qarşısında cavab verməlidir"

“Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərov mənim əmim oğludur. Lakin o, qanun çərçivəsində həbs olunubsa, günahları varsa, qanun qarşısında cavab verməlidir”.
Bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHIK) Aparat rəhbəri, Konfederasiyanın katibi, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasının üzvü Həsən Cəfərov deyib.
“ Əlbəttə, rüşvətxorluğa da, korrupsiyaya da mənim münasibətim həmişə mənfi olub. Dövlətimizin də bu sahədə keçirdiyi tədbirləri, gördüyü işləri təqdirəlayiq hesab edirəm. Yəni cəmiyyətimiz üçün xeyirli olmayan, ziyanlı bir vərdişlərin kökü kəsilməlidir. Münasibətim ancaq belə ola bilər. Əmim oğlu olsa da, qanunazidd hərəkətlər edibsə, qanun qarşısında da cavabını alacaq. Vəzifəsindən sui-istifadə edən, qanunsuzluqlar edən, rüşvət alanların hamısı cəzasını çəkməlidir. Qanun qarşısında hamı bərabərdir”, - H.Cəfərov bildirib.
Xatırladaq ki, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir Rayon İcra Hakimiyyətində (RİH) əməliyyat keçirilib. Əməliyyat zamanı icra başçısı Ceyhun Cəfərov, başçının birinci müavini Tacəddin Novruzov, Ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov və digər vəzifəli şəxslərin saxlanılıb. Hər üç şəxsə Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma) və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham verilib və barələrində həbs qətimkan tədbiri seçilib.
Prezident İlham Əliyevin imzaladığı sərəncamla Ceyhun Fərrux oğlu Cəfərov Kürdəmir RİH-in başçısı vəzifəsindən azad edilib. (“Report”)
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO












