Həbsxanalara Nil timsahları gətirilir, ölkə ayağa qalxdı

İsraildə həbsxanaların mühafizə sistemində yırtıcı heyvanlardan istifadə edilməsi ilə bağlı qalmaqallı layihə gündəmə gəlib.
Avtosfer.az Musavat.com-a istinadən xəbər verir ki, Avstriyanın "Heute" nəşrinin yaydığı məlumata görə, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir həbsxanalarda qaçışların qarşısını almaq və təbii maneə yaratmaq üçün Nil timsahlarından istifadə olunmasını təklif edib.
Bu məqsədlə sürünənlərin rəsmi statusu xüsusi olaraq dəyişdirilib və onların zooparklardan kənarda saxlanılmasına icazə verilib. Lakin nazirin bu qərarı ölkədə ciddi etiraz dalğasına səbəb olub. Heyvan hüquqları müdafiəçiləri bu addıma kəskin reaksiya verərək bildiriblər ki, timsahlar xüsusi baxım tələb edir və onlardan "canlı siqnalizasiya" kimi istifadə edilə bilməz.
Eyni zamanda, İsrailin Təbiəti Mühafizə İdarəsi də layihəyə rəsmən etiraz edib; idarə rəsmiləri yırtıcıların həbsxana ərazisindən qaçma riskinin çox yüksək olduğunu və keçmişdə baş vermiş analoji qaçış hadisələrinin ölümcül nəticələrlə yekunlaşdığını xatırladaraq xəbərdarlıq ediblər.
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH
Orta Dəhlizin dayanıqlılığı üçün alternativ yollar niyə vacibdir? – ARAŞDIRMA
Bakı-Tbilisi qatarlarına tələbat niyə artıb? – EKSPERT - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Konstitusiyamız dəyişən dövrün çağırışlarına uyğun təkmilləşdirilməlidir - DEPUTAT












