Həcc ziyarətini başa vuran zəvvarlar 14 günlük karantin keçəcəklər

Həcc ziyarətini başa vuran zəvvarlar evlərində 14 günlük karantin keçəcəklər. Onlar bu müddət ərzində qollarına taxılan elektron qolbağı çıxara bilməzlər. Bu qolbaq vasitəsilə Səudiyyə Ərəbistanının müvafiq qurumları zəvvarların COVID-19-a yoluxub yoluxmadığını “Tatamman” adlı internet proqramı ilə təsbit edəcək. Qeyd edək ki, elektron qolbaqlar zəvvarlara Həcc ziyarətindən 14 gün əvvəl keçirdikləri karantin dövründə taxılıb.
Bu arada, Səudiyyə Ərəbistanının Həcc və Ümrə məsələləri Nazirliyi pandemiya şəraitində növbəti Ümrə ziyarətinə hazırlıq işlərinin başlandığını bəyan edib. COVID-19-un yayılması səbəbindən Krallıq martın 4-dən keçirilməsi nəzərdə tutulan bu ziyarəti ləğv etmişdi.
Səudiyyə Ərəbistanının Səhiyyə Nazirliyinin son məlumatına görə, son 24 saat ərzində Krallıqda yeni növ koronavirusa 1258 nəfər yoluxub, 32 nəfər isə vəfat edib. (AZƏRTAC)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












