Həftələrdir daşınmayan tullantılar niyə məsələ ictimailəşəndən sonra yığışdırıldı? – FOTO

Suraxanı rayonu Hövsan qəsəbə sakinləri məişət tullantılarının daşınmamasından şikayətçidirlər. Söhbət qəsəbənin bağ massivindəki ərazidən gedir.
Avtosfer.az xəbər verir ki, bu barədə Bizim.Media-ya müraciət edən sakinlərin sözlərinə görə ərazidəki zibillər həftələrlə daşınmır. Dolmuş zibil qutularından yerə səpələnmiş tullantıları külək hər yerə yayır. Ərazini küçə itləri və üfunət bürüyüb. Gediş gəlişdə hərəkət çətinləşir.
Şikayətçilər ümumiyyətlə qeyd olunan ünvanda zibilin normal və vaxtı-vaxtında daşınmadığından gileyləniblər.
Problem təkcə bununla yekunlaşmır. Hövsan bağ massivinin həm mərkəz, həm də məhəllələrarası yollarının heç biri asfaltlanmayıb. Baxmayaraq ki, bu massiv 30 ildən çoxdur ki, salınıb. Həmçinin yollarda işıqlandırma da yoxdur.

Sakinlərin sözlərinə görə, aidiyyəti qurumlara dəfələrlə müraciət etsələr də, problem həllini tapmır.
Məsələ ilə bağlı Suraxanı rayonu İcra Hakimiyyəti ilə əlaqə yaratdıq. Məişət tullantılarının daşınmaması ilə bağlı icra hakimiyyətinə göndərdiyimiz görüntülərdən dərhal sonra ərazi zibildən təmizlənib.
Bağ massivinin yollarının işıqlandırılması və asfaltlanmasına gəlincə, İcra hakimiyyətindən bu problemin də mərhələli şəkildə həll ediləcəyi biildirilib:
“Sözügedən ərazidə küçələrin işıqlandırılması və asfaltlanması müvafiq tədbirlər planına əsasən mərhələli qaydada həyata keçiriləcək”.



Prezident sosial media hesabında Türkmənistan səfəri ilə bağlı videoçarx paylaşıb - VİDEO
Milli Məclis Avropa Parlamentinin qətnaməsini qərəzli siyasi aksiya kimi qiymətləndirib
Bakıda tramvaylar nə vaxt geri qayıdacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
Heyvanlara amansız rəftara görə cəzalar sərtləşdirilir - DEPUTAT
Bakıdakı tıxacın səbəbi fərqli ərazilərdəki hərəkət intensivliyi deyil - DEPUTAT
Hindistanın Ukrayna ilə bağlı planı nədir? – ŞƏRH
Şəmsi Bədəlbəyli küçəsində qurulan pandus standartlara uyğun deyil? – AÇIQLAMA
Orta Dəhliz yalnız yük daşımayacaq: Bakı üçün yeni imkanlar
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…












