Hər kəs istənilən yolda velosiped sürə bilməz – VALİDEYNLƏR OXUSUN

Xəbər verdiyimiz kimi, Ağdaş rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Adab kəndi ərazisində 1986-cı il təvəllüdlü Ədilov Mahir İbeydə oğlu idarə etdiyi “Mercedes” markalı minik maşını ilə hərəkətdə olarkən yolu velosipedlə keçən Abad kənd sakini, 2001-ci il təvəllüdlü Abdulkərimov Rəmzi Əfqan oğlunu vurub. 8-ci sinif şagirdi Rəmzi Abdulkərimov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Avtosfer.az saytı məsələyə hüquqi cəhətdən yanaşaraq 13 yaşlı uşağın velosipedlə ümumi istifadədə olan yolda hərəkətinə dair yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun fikirlərini öyrənib. O hesab edir ki, ölkəmizdə velosipedlərdən nəqliyyat vasitəsi kimi istifadə səviyyəsi sıfıra yaxın olduğundan əksəriyyətimizin velosipedlə yol hərəkətində iştirakın qaydalarına dair bilikləri də elə sıfır səviyyəsindədir. Avtomobilin yolda velospdlə hərəkət edən 13 yaşlı uşağı vurub öldürməsi çox acı xəbərdir. Amma qanun 14 yaşı çatmayan uşağın velosipedlə ümumi istifadədə olan yolda, küçədə, hətta yol kimi istifadə edilən kənd küçəsində hərəkətini qəti və birmənalı qadağan edir».
Nurlan
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA















