Hərbçilərimizə Türkiyə təlimlərində nələr öyrədilir? - VİDEO

Türkiyədə təlim keçən Azərbaycan hərbçiləri çox çətin şəraitdə və sərt ərazidə döyüş bacarıqlarına yiyələnirlər.
Bunu ARB24-ün "Nə baş verir?" verilişinə açıqlamasında türkiyəli hərbi ekspert Eray Güçlüer deyib. O bildirib ki, təlimlərdə hərbçilərimizə xüsusi metodlarla hədəfin necə məhv edilməsi öyrədilir: "Azərbaycan Ordusunun hərbçilərinin Türkiyədəki təlimi dərələrdə, dik yamaclarda, asanlıqla keçilməyən sərt ərazilərdə təşkil edilir. Təlim iştirakçıları əvvəlcə bu çətin şərtlər altında necə həyatda qalmağı öyrənməlidir. Çünki yemək çox az, su isə yoxdur. Bunları özləri tapmalıdırlar. Problemlə qarşılaşarlarsa, onu da həll etməlidirlər. Onlar əvvəlcə güclü stressin öhdəsindən necə gələcəklərini, daha sonra isə yuxusuzluğa, aclığa və susuzluğa necə dayanacaqlarını, sonda isə düşmənlə necə döyüşəcəklərini öyrənirlər.
Bu döyüş isə adi bir döyüş deyil. Xüsusi metodlar, yəni düşmənin dərinliklərinə sızmaq, hədəfləri məhv etmək, düşmənlə döyüşmək və yenidən geri qayıtmağı bacarmaq öyrədilir. Buna görə intensiv təlimlər keçirilir, gerçək silahlar, bombalar və mərmilərdən istifadə edilir".
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












