Heydər Əliyev prospektində tıxac yaranıb

“Azərsu” ASC Şəfa stadionu ilə “Bağırov” körpüsünün arasında yerləşən ərazidə (Heydər Əliyev prospektindən “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edərkən yardımçı yolda) mövcud su xəttinin dəyişdirilməsi işlərinə başlayıb. Bunu “APA-Economics”ə “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. A.Cəbrayıllının sözlərinə görə, 300 millimetrlik su xəttini 1500 metrlik hissəsi dəyişdiriləcək: “Su xəttinin 900 metrdən çoxu çəkilib. Səhər və axşam saatlarında yolda iş görülmür. Hərəkətin intensiv olduğu saatlarda nəqliyyatın hərəkətinə mane olmamaq üçün yol açıq olur. Ancaq əməkdaşlarımız ərazidə 24 saat işləyir”.
Qeyd edək ki, təmir-bərpa işlərinin iki günə yekunlaşacağı gözlənilir. Təmir-bərpa işlərinin aparılması sözügedən ərazidə tıxacın yaranmasına səbəb olub.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












