Hindistanda anomal soyuq: 31 nəfər öldü

Bazar ertəsi Hindistanın şimalındakı Uttra-Pradeş ştatındakı anomal soyuq hava şəraiti 31 nəfərin ölümünə səbəb olub. Bu barədə Avtosfer.az rianovosti-yə istinadən xəbər verir. “Zee News” telekanalının məlumatına görə, ölənlərdən səkkizi ştatın şərqində yaşayan sakinlərdir. Burada iki gün ərzində temperatur mənfi beş dərəcəyə düşüb. Daha altı nəfər Aud vilayətində, 4 nəfər Merath və Kampurda, 7 nəfər Moradabad şəhərində, altı nəfər isə Aliqarhda həlak olub. Temperaturun aşağı düşməsi və güclü duman səbəbindən 150-dən artıq qatar təxirə salınıb. Həmçinin bir sıra aviareyslər ləğv edilib, sərnişin nəqliyyatının hərəkətində çətinlik yaranıb. Hakimiyyət yerli məktəbləri dekabrın 28-dək bağlamağı qərara alıb. Sinoptiklərin məlumatına görə, region üçün anomal soyuq hava şəraiti hələ bir neçə gün də davam edəcək.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












