Honda Britaniya bazarından gedir - 3500 insan işsiz qalacaq

Honda Motors İngiltərənin cənubunda yerləşən və Böyük Britaniyada yeganə olan avtomobil zavodunu boşaltmaq və sənaye anbarları üzrə təchizatçı Panattoniyə satmaq barədə razılaşdığını bildirib.
Avtosfer.az xəbər verir ki, hazırda Avropa bazarlarında böyük itki ilə üzləşən yapon nəhəngi Böyük Britaniyada illik istehsal edilən 1,5 milyon avtomobil sənayesinin 10 faizini təşkil edən zavodunu bağlayacağını hələ ilk dəfə 2019-cu ildə elan etmişdi.
Honda bu qərarını bir sıra qlobal sənaye şirkətlərinin etdiyi kimi - Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar deyil, avtomobillərini daha çox satmaq məqsədilə yeni bazarlara keçmək üçün verdiyini bildirib. Zavodun sökülüb Panattoniyə təhvil verilməsi gələn ilin yazına qədər tamamlanacaq.
Xatırladaq ki, daha öncə digər yapon sənaye nəhəngləri - Sony və Panasonic öz qərargahlarını Britaniyadan Avropa İttifaqına köçürmək qərarını veriblər, Hitachi isə Brexitdən sonra Böyük Britaniyada inşa edəcəyi atom elektrik stansiyası layihəsini dayandırıb.
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI












