Adı olmayan küçədə nə asfalt var, nə işıq: Cəmi beş kilometrlik yol nə vaxt düzələcək? - FOTO

Hövsan qəsəbəsində sakinlər yol və işıqlandırma problemini həll edə bilmirlər.
Bu barədə Oxu.Az-a daxil olan müraciətdə qeyd edilib. Belə ki, söhbət Suraxanı rayonu, Hövsan qəsəbəsindən gedir. Daha dəqiq desək, küçənin adı olmadığından vətəndaş ərazini belə təsvir edir:
“Hövsan qəsəbəsində bir nömrəli Zeytun sovxozu deyilən ərazi, “Məktəbli küçəsi” də deyirlər, dəqiq ünvan kimi “Zeytun” marketdən “Aydın” market tərəfə gedən yoldakı küçədə yaşayırıq. Buranın sakinləri yol və işıqlandırma problemindən əziyyət çəkirlər. Gecə zülmət qaranlıq olur. Asfalt örtüyü olmadığından nə piyada, nə də nəqliyyat vasitələri rahat hərəkət edə bilir. Ərazidə Vətən müharibəsi iştirakçıları, qazilərimiz yaşayırlar. Çox çətinlik çəkirik. Məsələ ilə bağlı aidiyyəti qurumlara, ərazi üzrə Suraxanı Rayon İcra Hakimiyyətinə də müraciət edilib. Lakin heç bir reaksiya verilməyib”.
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinə də müraciət ünvanladıq.
Suraxanı Rayon İcra Hakimiyyətinin Rayon təsərrüfatı şöbəsinin müdiri Mehman Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazinin adı Zeytunluq bağlarıdır:
“Ümumilikdə Suraxanı rayonunun Hövsan qəsəbəsində fərqli yaşayış massivləri, bağ massivləri daxil olmaqla ümumi uzunluğu 5,2 km-ə qədər olan yolun asfaltlanması planlaşdırılır. Artıq uzunluğu 1,1 km olan yola asfalt örtüyünün vurulması tamamlanıb. Sözügedən Zeytunluq massivində də 1,3 km uzunluğunda yolun asfaltlanması planda var. Sadəcə olaraq bu proseslər mərhələli şəkildə həyata keçirilir.
Sözsüz ki, qazilərin, şəhid ailələrinin yaşadığı ərazilərə diqqət və qayğı ilə yanaşmaq hər birimizin borcudur. Amma bu işləri həm vəsait baxımından, həm də fiziki qüvvə baxımından bir anda görmək mümkün deyil.
Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən bizim inzibati əraziyə daxil olan yollarda asfalt örtüyünə ehtiyac olan küçələrin siyahısı hazırlanaraq aidiyyəti üzrə AAYDA-ya təqdim edilib. Mərhələli şəkildə bu proseslər həyata keçiriləcək”.
M.Hüseynov sözügedən ünvanda küçələrin işıqlandırılması məsələsinə də münasibət bildirib:
“Bu məsələ barədə də tərəfimizdən Bakı Şəhər İcra Hakimiyyətinə siyahı təqdim edilib. Küçələrin işıqlandırılması prosesi də aidiyyəti üzrə mərhələli şəkildə həyata keçiriləcək. Sakinlərdən sadəcə bir qədər səbirli olmaları xahiş edilir”.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










