Hüquqşünas cərimələrin artırılmasını sərt tənqid etdi - nizam-intizam yaradılmalıdır

"Düşünürəm ki, dövlətin cərimələrə yanaşması dayişməlidir. Hazırda mövcud olan və yayılmaqda davam edən təcrübəyə əsasən, bəzi dövlət qurumları tətbiq etdikləri inzibati cərimələrdən daxil olan vəsaitlərin bir hissəsinə özləri sərəncam verirlər."
Avtosfer.az xəbər verir ki, bunu hüquqşünas Ərşad Hüseynov deyirb. O, bildirib ki, cəriməni artıranların işçilərinin əmək haqqına əhəmiyyətli əlavələr edilir, hətta bəzi qurumlar az qala cərimələr hesabına maliyyələşir. "Belə yanaşma doğru deyil, çünki həmin dövlət qurumu və onun ayrı-ayrı əməkdaşları daimi olaraq həm cərimə məbləğlərinin, həm də cərimə tətbiqi hallarının artmasına çalışırlar. Bu isə cərimənin əsas funksiyasının – çəkindirmə funksiyasının itməsinə gətirir. Çoxlu cərimələr tətbiq edilsə də, həmin sahədə intizamsızlıq, hüquq pozuntuları artır.
Vətəndaşların, sahibkarların və şirkətlərin dövlətə ödədikləri vəsaitlər əsasən 3 formadadır: vergilər, rüsumlar və cərimələr. Bunlardan ilk ikisi pozitiv ödəmələrdir. Yəni çox qazan, çox vergi ver, yaxud çoxlu dövlət xidmətlərindən (alqı-satqının təsdiqi, idxal-ixrac və s.) istifadə et, çoxlu rüsum ödə. Amma üçüncü neqativdir, ona yanaşma tam başqa olmalıdır. Cərimə konkret hüquq pozuntusuna görə sanksiyadır. Burada siyasət tam əksinə olmalıdır: qanunu pozma, intizamlı ol, cərimə ödəmə. Yəni dövlətə və cəmiyyətə lazım olan ödəniləcək cərimələr yox, yüksək nizam-intizam, kütləvi hüquqauyğun davranışdır. Bu səbəbdən əsas hədəf hüquq pozuntularının səblərini və zəminini aradan qaldırmaq, kütləvi nizam-intizamı, hüquqauyğun davranışı maksimum təmin etmək olmalıdır.
Nizam-intizam yaradılmasında cəriməsiz keçinmək mümkün deyil. Lakin cərimə hədəf, məqsəd yox, nizam-intizam yaratmaq üsulu olmalıdır. Tətbiq edilən cərimələr də tam olaraq dövlət büdcəsinə daxil olmalı, ayrı-ayrı qurumlara hər hansı faiz verilmədən əsasən nizam-intizam yaradılmasına, başqa faydalı işlərə yönəldilməlidir. Qısası, dövlət qurumunun və onun əməkdaşının cərimədə bilavasitə marağı olmamlıdır."
Bu parklanma məntəqələrinin fəaliyyəti müvəqqəti məhdudlaşdırılacaq - ÜNVANLAR
Ramiz Mehdiyevin ailə bankı BOKT oldu
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO










