İcbari Sığorta Bürosundan xəbərdarlıq

İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində şəxsiyyət vəsiqəsinin PİN kod xanasında “O” və “İ” hərflərindən istifadəyə məhdudiyyət qoyulub. Avtosfer.az-ın məlumatına görə, İSB bununla bağlı sığorta şirkətlərinə xəbərdarlıq edib. Qurum bəyan edir ki, vətəndaşın şəxsiyyət vəsiqəsində “O” və “İ” hərfləri deyil, müvafiq olaraq “0” və “1” rəqəmlərindən istifadə olunur, lakin sığorta agentləri tərəfindən bir çox hallarda informasiya sistemində sığorta müqavilələrinin rəsmiləşdirilməsi zamanı PİN kod nömrələri səhv daxil edilir. Sistemdə belə yalnış daxil edilmiş PİN kodların olması növbəti ildə sığortalıların Bonus Malus sinfinin düzgün təyin olunmaması ilə nəticələnir.
Bununla əlaqədar olaraq sığorta şirkətlərindən, sığortalıların sığorta müqaviləsinin yenilənməsi zamanı Bonus-Malus sinfinin təyin edilməsi ilə bağlı uyğunsuzluq aşkar etdikləri halda [email protected] elektron poçt ünvanına məktubla müraciət etmələri xahiş olunur.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












