İctimai nəqliyyatda sürücü və sərnişin mədəniyyəti

«Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək» İctimai Birliyi Azərbaycn Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstyi ilə “Bakı 2015 - ilk Avropa Oyunları ilə əlaqədar ictimai nəqliyyatda sürücülərin davranışlarının və mədəniyyətinin yüksəldilməsinə dair gənclərin innovativ təşəbbüsləri» adlı layihənin icrasına start verilib və ilk tədbir keçirilib. Tədbirdə layihə barədə məlumat verilib, ictimai nəqliyyatda davranış qaydalarının təkmilləşdirilməsinə, onun səviyyəsinin yüksəldilməsinə dair təşəbbüslə gənclər çıxış ediblər, bu sahədəki mövcud vəziyyətin yaxşılaşmasına çalışmaq, sürücü və sərnişinlərin maariflənməsinə yardım göstərmək, onlara mədəni ünsiyyət normalarını aşılamaq əsas məqsəd kimi qəbul edilib. Eyni zamanda əxlaqi dəyərlərin oturuşmasını əngəlləyən kobud davranış qaydaları və bu problemə aid digər mənfi hallara qarşı mübarizədən söz açılıb. Qarşıya qoyulan məqsədə nail olmaq üçün layihəni həyata keçirən təşkilatın qarşısında duran bir sıra vəzifələr müzakirə olunub.
Ən əsası ictimai nəqliyyat sürücülərinin və sərnişinlərin ictimai davranış qaydaları barədə məlumatlılıq dərəcəsinin yoxlanılması üçün onların sorğuya cəlb edilməsi, keçirilən sorğunun nəticələri əsasında müvafiq təkliflərin hazırlanaraq sərnişindaşıma ilə məşğul olan özəl şirkətlərə təqdim edilməsi və eyni zamanda ictimai davranış qaydalarının yaxşılaşdırılmasına dair yeni təşəbbüslərin irəli sürülməsi, bununla bağlı mətbuatda yazılarla çıxış edilməsi qərara alınıb. İctimai davranış qaydalarının təbliğinə dair bukletlərin hazırlanaraq avtobus sürücüləri və sərnişinlər arasında pulsuz yayılması, onların maarifləndirilməsi ilə tədbirlər planı təsdiq edilib.
Elmin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA














