İctimai Şura üzvləri şəhid ailələrini ziyarət etdi - FOTO

8 Noyabr- Zəfər Günü ərəfəsində Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri Əliməmməd Nuriyev, sədr müavini Mahirə Əmirhüseynova, İŞ-nın üzvləri Sevdə Məmmədova və Gülayə Səfərova bu zəfərin qazanılması uğrunda canlarından keçən Daxili Qoşunların hərbi qulluqçularının ailələrini ziyarət ediblər.

Görüşlərdə Vətən Müharibəsində qəhrəmanlıq göstərən Hilal İmanzadə, Tural Abdullayev və Tofiq Həsənovun ailə üzvləri şəhid övladlarının döyüş yolundan, ölkəmizin təhlükəsizliyi üçün xidmətlərindən danışıblar. Şura üzvləri şəhidlərimizin qəhrəmanlığının heç zaman unudulmayacağını və hər birimizin qəlbində əbədi yaşayacağını vurğulayıblar. Ziyarət zamanı şahid valideynlərinin evlərində şəhidlərimizə aid yaratdıqları kiçik muzeylər də ziyarət edilib və onlara aid geyim, əşya və təltiflərlə tanış olunub.
Beyləqan rayonunda anadan olan şəhid Hilal İmanzadənin anası Rəfiqə xanım bildirib ki, oğlu uşaqlıqdan hərbçi olmağı arzulayıb. Hilalın atası Sabir İmanov isə oğlunun döyüşdə göstərdiyi şücaətindən danışıb. Bildirilib ki, tarix yazan kəşfiyyatçımız Cəbrayıl uğrunda gedən qanlı doyüşlər zamanı şəhidlik zirvəsinə ucalıb.

Xocalı faciəsi günündə Laçının Ərikli kəndində dünyaya göz açan Tural Abdullayevin ailəsində də şəhidimizlə bağlı xatirələr bölüşülüb.
Tural Abdullayevin atası bildirib ki, doğum günü Xocalı faciəsi gününə düşdüyündən Tural heç zaman özünə ad günü keçirməyib:
“Turalın əmisi Fazil Abdullayev də I Qarabağ müharibəsi zamanı şəhid olub. Tural da Vətən müharibəsi zamanı Murovdağda 7 saat vuruşaraq, silahdaşları ilə bərabər ermənilərin 6 döyüş mövqeyini və 400 nəfərədək canlı qüvvəsini tərksilah edərək, verilən tapşırığı uğurla yerinə yetirib. Həmin döyüş tapşırığını yerinə yetirib geri dönərkən şəhid olub. Tural ölümündən sonra bir neçə, habelə Qarabağ medalı ilə təltif edilib”.
Daha sonra İctimai Şura üzvləri Gədəbəy rayonunda anadan olan şəhid Tofiq Həsənovun ailəsini ziyarət edib. Görüş zamanı Tofiq Həsənovun keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıqlardan danşılıb. O, Cəbrayıl istiqamətində hücuma keçərkən ürəyindən yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra bir neçə medalla təltif olunub.
İctimai Şura üzvləri şəhid ailələrini ziyarət zamanı onların arzu və təkliflərini dinləyib və müvafiq dairələrə çatdırmaq üçün qeydlər götürüblər. (cebhe.info)
Maşın yağları BAHALAŞDI - Ekspert "yenə bahalaşacaq" dedi
Hansı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq? - Bakı WUF13-ə hazırlaşır
Paytaxtın 15 küçəsində tıxac var - SİYAHI - FOTO
Gülçülük Sovxozunda çuxurlu yol sakinləri təngə gətirib – İllərdir həlli yoxdur - VİDEO
Bu küçədə hər gün tıxac var; sakinlər avtobus zolağının salınmasını təklif edir - VİDEO
İçərişəhərdə qala divarında uçqunun səbəbi restoranların fəaliyyətidir - MEMAR
İranla müharibəyə görə ABŞ-nin daxili siyasəti dəyişə bilər - POLİTOLOQ
Bakı metrosunda sıxlıq belə ləğv olunur - VİDEO
Azərbaycanda taksi kimi istifadə olunan avtomobillər üçün yeni tələblər MÜƏYYƏN EDİLƏCƏK
Paytaxtın 22 küçəsində tıxac var - SİYAHI - FOTO
Dubay aeroportları hər gün 600 milyon dollar itirir










