İki avtomobil toqquşub: xəsarət alan var

Gecə saatlarında paytaxtın Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın məlumatına görə, 25 yaşlı Arif Feyziyev idarə etdiyi “Mercedes” markalı avtomobillə Azadlıq prospekti ilə hərəkətdə olarkən yol hərəkət qaydalarını pozaraq, təyin edilməmiş yerdə dönmə əməliyyatını yerinə yetirmək istəyib. Lakin əks istiqamətdə hərəkət edən “Opel” markalı avtomobil idarəetməni itirərək “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü xəsarət alıb. Hadisə yerinə təcili yardım briqadası və Yol patrul xidmətinin əməkdaşları gəlib. Xəsarət alan sürücü 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Baş verən qəzadan sonra Azadlıq prospektində avtomobillərin hərəkətində məhdudiyyət yaranıb. Yararsız hala düşmüş avtomobillər hadisə yerindən uzaqlaşdırıldıqdan sonra prospektdə avtomobillərin hərəkəti bərpa olunub. Hadisə yerində olan polisin araşdırmaları nəticəsində məlum olub ki, qəza sürücü Arif Feyziyevin yol hərəkəti qaydalarını pozması nəticəsində baş verib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












