İki gündür eyni yerdən qanunsuz evakuasiya - FOTOLAR

Əmlak məsələləri üzrə tanınmış eksper Ramil Osmanlının «Hundai» markalı avtomobili iki gündər eyni yerdən evakuasiya edilir. Avtosfer.az-ın məlumatına görə, iyunun 12-də, günün ikinci yarısında Yasamal rayonu ərazisində, Ədliyyə Nazirliyinin binasının arxasındakı məhəllədən evakuasiya edilən avtomobili Ramil Osmanlı heç bir cərimə ödəmədən cərimə meydançasından çıxara bilib. Bu gün isə yenə də həmin yerdən avtomobili ikinci dəfə evakuasiya ediblər. Ramil Osmanlı Avtosfer.az-a açıqlamasında bildirib ki, həqiqətən də ona məxsus avtomobil iki gündür eyni yerdən evakuasiya olunur. Amma həmin ərazidə dayanma-durmanı qadağan edən yol nişanları olmadığı üçün cərimə meydançasında heç bir ödəniş etmədən maşını geri ala bilib: «Dünən maşınımı yoldan təxminən 20 metr aralıda, binanın həyətində saxlamışdım. Gəlib gördüm aparıblar. Evakuasiya vaxtı maşını necə kobudluqla götürüblərsə avtomobilin rəngi asfaltda qalmışdı. Maşının arxasını evakuator qaldırıb və ön tərəfi asfalta sürtünüb. Elə bu cür də aparıblar. Mən də Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ərazisindəki cərimə meydançasına getdim və başa saldım ki, avtomobilimi qanunsuz evakuasiya ediblər. Onlar da məni başa düşüb maşını buraxdılar».
Ramil Osmanlının sözlərinə görə, həmin ərazidə heç bir qadağanedici yol nişanı olmamaqla yanaşı, avtomobil nə yolda nəqliyyat vasitələrinə, nə də səkidə piyadala mane olur. Cərimə meydançasında əvvəlcə orada maşın saxlamağın qadağan olunduğunu desələr də, sonda qanunun tələbi ilə razılaşan cərimə meydançasının rəisi, polis serjantı Cahangir Ağayev maşını buraxıb. Lakin bu gün yenidən həmin ərazidən avtomobili evakuasiya edilən Ramil Osmanlı təəccüblənib: «Mən düşündüm ki, dünən artıq öz səhvlərini başa düşüblər, bir daha oradan maşın götürməzlər. Amma bu gün maşını orada saxlayıb, banka getdim, qayıdanda gördüm maşın yoxdur. Yenidən həmin cərimə meydançasına getdim, rəislə görüşdüm, fikrimi dedim ki, belə şeylər xoş qarşılanmır, əgər qanunsuz park edirəmsə cərimə ödəyim. Amma sizin əməkdaşlar qanunsuz olaraq avtomobilləri evakuasiya edirlərsə, məhkəməyə üz tutum».
Maraqlıdır ki, cərimə meydançasının rəisi Cahangir Ağayev bir gün əvvəl həmin ərazidən avtomobillərin evakuasiya edilməsinin qanunsuz olduğu ilə razılaşsa da, öz işçilərinə oradan maşın götürməmək barədə tapşırıq verməyib. Belə çıxır ki, kim qanununu bilirsə, onun maşını pulsuz geri qaytarılacaq, kim bilmirsə, pulunu alacaqlar. Yeri gəlmişkən, maraqlı iş prinsipi quran Cahangir Ağayev Bakı şəhər DYPİ-nin rəisi, polkovnik Nüşrəvan Səfərovun qayınıdır.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO























