İki il əvvəl ailə quran jurnalist yol qəzasında öldü

Ötən gecə Bakı-Şamaxı yolunda baş verən ağır avtomobil qəzasında dünyasını dəyişən 4 nəfərdən biri jurnalist olub. Bu barədə “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib. Onun sözlərinə görə, “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışan Fuad Abdürrəhmanlı qəza zamanı avtomobildə olub. “Fuad bu yaxınlarda Türkiyəyə gedəcəkdi. O, Türkiyədə doktorluq işi üzrə müdafiə etməliyidi. Ailəsilə birlikdə Ankaraya yola düşməli idi. Özü həmişə siyasi-ictimai hadisələrin fəal iştirakçı olub. Həftə sonu olduğu üçün yaxınları ilə birlikdə Şəkiyə getmişdi”.
Qeyd edək ki, ötən gecə saat 00:10 radələrində Bakı-Şamaxı yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlunun idarə etdiyi 99-DV-061 dövlət nömrə nişanlı “Mersedes” markalı minik maşını qarşı tərəfdən gələn 99-CS-488 dövlət nömrə nişanlı “Kamaz” markalı yük maşını ilə toqquşub. Qəza zamanı 1966-cı il təvəllüdlü Əlövsət Tahir oğlu İsmayılov, onun sərnişinləri - 1981-ci il təvəllüdlü Elçin Rasim oğlu Məmmədov, 1973-cü il təvəllüdlü Elşad Hikmət oğlu Hüseynov və 1986-cı il təvəllüdlü Fuad Şahid oğlu Abdürrəhmanlı qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər.
Fərid
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












