İki küçənin təmirə bağlanması bu mənzərəni yaratdı - FOTO

Bakının mərkəzi küçələrində uzun tıxaclar müşahidə olunmaqdadır. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Avtosfer.az-a verilən məlumata görə, Koroğlu Rəhimov və Gülayə Qədirbəyov küçələrinin tam bağlı olması böyük tıxacların yaranmasına səbəb olub. NİİM-dən bildirilib ki, hazırda Heydər Əliyev prospektindən şəhər istiqamətində (əsas və kənar yollar), Babək prospekti H.Əliyev istiqamətində, Nəcəfqulu Rəfiyev küçəsi hər iki istiqamətdə, Ağa Neymatullah küçəsi H.Əliyev prospekti istiqamətində, Fətəli Xan Xoyski prospekti, Əhməd Rəcəbli, Atatürk prospektindən Ayna Sultanov istiqamətində, Akademik Həsən Əliyev prospektindən "ASAN Xidmət" mərkəzi istiqamətində nəqliyyatın hərəkətinin sıxlığı müşahidə olunur.
Mərkəzdən verilən məlumata görə, tıxacların yaranmasına səbəb olan Koroğlu Rəhimov və Gülayə Qədirbəyov küçələrinin 3 gün ərzində tam istifadəyə veriləcəyi bildirilib.
***
Bu səhər Bakının əksər mərkəzi prospekt və küçələrində dəhşətli tıxac yaranıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) saat 10:25 radələrində yollardakı vəziyyətlə bağlı yaydığı məlumata istinadən xəbərinə görə, Heydər Əliyev və Babək prospektlərində, Füzuli, Rəşid Behbudov, Afiyəddin Cəlilov, Nəcəfqulu Rəfiyev, akademik Həsən Əliyev, Təbriz, Fətəli Xan Xoyski, Ağa Nemətulla, Fəzail Bayramov, Əliyar Əliyev və Əhməd Rəcəbli küçələrində hərəkət dayanıb.
Qeyd edək ki, tıxacın yaranmasına əsas səbəb kimi Koroğlu Rəhimov küçəsinin 3 günlük təmirə bağlanması göstərilir. NİİM-in məlumatında qeyd olunur ki, sürücülərin alternativ yollardan istifadə etməsi tövsiyə olunur.
Yeri gəlmişkən, Ziya Bunyadov prospektinin bir hissəsində də körpü-tikinti və tunel tikintisi məqsədilə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.
Bundan başqa, Ceyhun Səlimov küçəsi Hərbi hospitalın qarşısından 3-cü mkr. dairəsi istiqamətində yeni metro tikintisi ilə əlaqədar olaraq uzun müddətlik bağlanıb.
Xətai rayonu ərazisində Vunq Tau küçəsindən Ukrayna dairəsi istiqamətində də yol bağlıdır. Bu ərazidə yolda asfalt örtüyünün dəyişdirilməsi işləri aparılır.
Asfalt işləri ilə əlaqədar Əhməd Rəcəbli küçəsinin Ziya Bünyadov prospekti ilə kəsişməsinədək yol müvəqqəti bağlanıb.
Salatın Əsgərova küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Bülbül prospekti ilə kəsişməsinə qədər olan hissəsində təmir-bərpa işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Xudu Məmmədov küçəsində Həzi Aslanov metrosunun çıxışında metro tikintisi getdiyindən yol bağlıdır.
Emin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA













