İki nəfəri öldürən sürücünün şikayəti təmin edilmədi

Sumqayıt Apelyasiya Məhkəməsində ağır-yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Şamaxı rayon sakini, 1980-cı il təvəllüdlü Zaur Həmidovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, ötən ilin sentyabrın 11-də Bakı-Şamaxı yolunun Şamaxı rayonu ərazisindən keçən hissəsində ağır avtomobil qəzası baş verib. Səməndər Qarayevin idarə etdiyi 10 CS 733 dövlət nömrə nişanlı Qazel mikroavtobusu ilə Zaur Həmidovun sürdüyü 10 FX 456 dövlət nömrə nişanlı VAZ-2106 markalı avtomobil bir-birinə çırpılıb.
Nəticədə Qazeldə olan Gülnaz Əli qızı Bayramova və Murad Bəxtiyar oğlu Cixaidzi hadisə yerindəcə keçinib. Digər sərnişinlər isə yaralanıb. Qəzada ölənlər və yaralılar Şamaxının Mədrəsə kənd sakinləri olub. Onlar qonşu kənd olan Meysəri kəndindən yığıncaqdan gələn zaman qəza baş verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Həmidov 11il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Zaur Həmidov apelyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Mübariz Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti təmin edilməyib.
"Bütün sürücülər maşın sürməli deyil" - Ərşad Hüseynov
Kreml Çinə hansı siyasi mesajı göndərir? – POLİTOLOQ
"Jurnalistika və İnkişaf Mərkəzi" layihə ilə bağlı tədbir təşkil etdi - FOTOLAR
Bəzi yollarda tıxac yarandı - SİYAHI
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur










