İki nəfərin öldüyü qəzanı törədən sürücü həbs edildi

Qaradağ rayonunda ağır yol qəzası törədən sürücü həbs edilib. Baş Prokurorluğun mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, yanvarın 9-da saat 09 radələrində Cabbarov Yasin Çərkəz oğlu idarə etdiyi “Nexia” markalı 25-BE-270 dövlət nömrə nişanlı avtomobillə Qaradağ rayonu ərazisində, Bakı-Salyan yolunun 14-cü km-də Bakı şəhəri istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili yolun sağ kənarında quraşdırılmış dəmir yolayrıcına vurub. Nəticədə avtomaşında olan sərnişinlər Sadıqov Altay Elman oğlu və Hacıyeva Yasəmən Talıb qızı aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüb, avtomobildə olan digər sərnişin Bayramova Həcər Faiq qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Y.Cabbarov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Elmin
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












