İki nəhəng yük maşını toqquşdu - FOTO

İyulun 11-də saat 16-00 radələrində Ələt-Astara magistral yolunun 203 kilometrliyində, Lənkəran rayonunun Şilavar kəndi ərazisində iki yük maşınının toqquşması nəticəsində bir nəfər yaralanıb. Qazax rayon sakini Ramin Həsənovun idarə etdiyi “Şagman” markalı yük maşını Bakı istiqamətində hərəkətdə olarkən, yolun ehtiyat hissəsində hərəkətsiz dayanmış İran İslam Respublikasının vətəndaşı Şahram Goranbanlının sükanı arxasında oturduğu “KamAZ” markalı yük avtomaşını ilə toqquşub. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan “Şagman”ın sürücüsü Ramin Həsənov Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin versiya kimi hadisənin baş verməsinə səbəb “Şagman”ın sürücüsünün avtomaşını yüksək sürətlə idarə etməsi və qəfildən idarəetməni itirməsi göstərilir. Faktla bağlı araşdırmalar aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO














