İlham Əliyev avtomobil yolunun açılışında - FOTO

Gündəm 13 Mart 2015 01:53 Oxunub 2070
İlham Əliyev avtomobil yolunun açılışında - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib

Prezident İlham Əliyev martın 12-də Bərdəyə səfəri çərçivəsində Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun açılışında iştirak edib. Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Ölkənin yol–nəqliyyat strukturunda əsaslı dəyişikliklər prosesi uğurla davam etməkdədir. Ölkə ərazisindən keçən beynəlxalq əhəmiyyətli magistral yollar müasir standartlar səviyyəsində tamamilə yenidən qurulub. Paytaxtın və rayon mərkəzlərinin küçə və yolları başdan-başa abadlaşdırılır. Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən avtomobil yollarının, xüsusilə də yol ayırıcıları və körpülərin inşasına və yenidən qurulmasına yönəldilib. Bu proses Bərdə rayonunda da geniş vüsət alıb. Dövlətimizin başçısının müvafiq sərəncamlarına əsasən rayonun bir çox yaşayış məntəqələrini birləşdirən kəndarası yollar əsaslı təmir edilib. Onlardan biri də Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yoludur.

Bildirildi ki, dövlət başçısının 2014-cü il 14 avqust tarixli Sərəncamı ilə bu yolun əsaslı təmiri üçün Prezidentin ehtiyat fondundan rayon icra hakimiyyətinə 5,8 milyon manat vəsait ayrılmışdı. Hazırda 10 mindən çox əhalinin yaşadığı 11 kəndi birləşdirən 15,5 kilometr uzunluğunda Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun tikintisi nəzərdə tutulan müddətdə başa çatdırılıb.

Burada dövlət başçısına əsaslı təmiri başa çatmış Alpoud-Mustafaağalı-Nazırlı-Qaratəpə avtomobil yolunun göstəriciləri barədə də məlumat verildi. Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, 24 min nəfərdən çox əhali yaşayan 14 kəndi birləşdirən bu yolun çəkilməsinə dövlət büdcəsindən kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulan vəsaitdən 4 milyon manat ayrılıb. Yolun tikintisi nəzərdə tutulan müddətdə və müasir tələblərə uyğun olaraq başa çatdırılıb. Yeni yolun ümumi uzunluğu 22 kilometr, eni çiyin hissələri ilə birlikdə 10 metrdir. Bu yolun istifadəyə verilməsi ilə Alpoud və Nazırlı kəndləri arasında gediş-gəliş məsafəsi 3 dəfə azalıb.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına və dövlətimizin başçısının müvafiq sərəncamlarına uyğun olaraq ölkənin bütün regionları kimi Bərdədə də kəndarası yolların yenidən qurulması prosesi davam etdirilir.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh