İlham Əliyev: “Müharibə başlaya bilər”

Modern.az saytı xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev Qarabağ bölgəsinə dünənki səfərinin ardından özünün rəsmi Twitter səhifəsində müharibənin yenidən başlaya biləcəyi barədə tvitlər yazıb.
“Müharibə hələ bitməyib. Yalnız birinci mərhələsi başa çatıb. İkinci mərhələ də başlaya bilər” -deyə Azərbaycan prezidenti Twitter-də ingilis dilində mesaj verib.
Qeyd edək ki, avqustun 8-9-da Rusiyanın Soçi şəhərində dövlət başçısı Vladimir Putiunin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü nəzərdə tutulub. Prezidentlərin görüşündə gözlənildiyi kimi, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, eləcə də son zamanlar cəbhə xəttindəki gərginlik əsas müzakirə predmeti olacaq.
ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrenin (Fransa) Soçidəki görüşdə iştirak etməyəcəyi gözlənilir.
İlham Əliyev Soçi görüşü öncəsi Twitter səhifəsində ingilis dilində bir daha bəyan edib ki, Azərbaycan Respublikası bütün işğal edilmiş və dağıdılmış şəhərlərini azad edib, orada bərpa işləri aparacaq.
“Biz o torpaqlara qayıdacağıq, bu amalla yaşayırıq” deyə İlham Əliyev Twitter-də vurğulayıb.
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ












