İlham Əliyev: «Ordumuz üstünlük əldə edib» - VİDEO - FOTOLAR

Müdafiə naziri Zakir Həsənov ön cəbhəyə baş çəkən Ali Baş Komandan İlham Əliyevə təmas xəttində ümumi vəziyyətlə bağlı məlumat verib. Ali Baş Komandan İlham Əliyev Ağdamda qarşı tərəfin mövqelərini izləyib. Dövlət başçısı Ermənistan ordusunun bir neçə gün əvvəl mövqelərimizə hücum etdiyini və hərbçilərimizin onların layiqli cavabını verdiyini bilidirib. Döyüşdə qəhrəmancasına şəhid olanaların ailələrinə başsağlığı verən Ali Baş Komandan ən müasir silah və texnika ilə təchiz olunan ordumuzun bundan sonra da düşmənin həmlələrini dəf edəcəyini deyib. Ali Baş Komandan İlham Əliyevin sözlərinə görə, müdafiə naziri müntəzəm olaraq operativ məlumatlar verir: “ Vəziyyət nəzarət altındadır. Bizim mövqelərimiz möhkəm və gücllüdür və təmas xəttində Azərbaycan ordusu tam üstünlük əldə edib”.
Prezident vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür və Azərbaycan öz torpaqlarında 2-ci erməni dövlətinin yaranmasına imkan verməyəcək. “Son günlər baş verənlər bir daha göstərdi ki, Azərbaycan ordusu istənilən tapşırığı yerinə yetirməyə qadirdir. İşğal vəziyyəti uzun müddət davam edə bilməz. Azərbaycan öz torpaqlarını azad etmək iqtidarındadır”.
Daha sonra Ali Baş Komandan operativ müşavirə keçirib və müvafiq tapşırıqlar verib. Dövlət başçısı döyüş tapşırığını yerinə yetirərkən xüsusilə fərqlənən bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib.
Avtonom avtomobillər qəza riskini azaldacaq? – Ekspertdən AÇIQLAMA
Kommersiya qurumlarının sayı niyə artır? – İqtisadçı AÇIQLADI
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA





























