İlin son günlərinin hava proqnozu

İlin son günlərində Azərbaycanda mülayim hava şəraiti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Avtosfer.az-a verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında səhər və axşam saatlarında zəif duman gözlənilir. Dekabrın 30-da havanın temperaturu axşam 5-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Dekabrın 31-də isə axşam 5-7, gündüz 7-10 dərəcə isti olacaq. Bölgələrdə dekabrın 30-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir. Havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq. Dekabrın 31-də də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin, axşam şimal və şərq rayonlarında yağıntı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Havanın temperaturu gecə 0-5, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.
Fərid
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












