İnəyi maşın vurdu, kənd ayağa qalxdı

Türkiyədə sürücünün yoldan keçən mal-qaranı vurması ona baha başa gəlib. Anspress-in məlumatına görə, ötən gün axşam saatlarında Ərzurumda şəhər mərkəzindən yola çıxan sürücünün yoluna bir anda inək çıxıb və sürücü avtomobili qaçıra bilməyərək, inəyi vurub. Hadisə baş verdikdən sonra mal sahibləri sürücü ilə dava etməyə başlayıb. İki qardaşın sürücünü təkləməkləri azmış kimi, onlardan biri yaxınlıqdakı kənd camaatına xəbər verib. Əsl hadisə elə bundan sonra baş verib. Belə ki, kənddən gələnlər əllərində dəmir dəyənək və bıçaqlar olub. Baş verənlərdən xəbər tutan polis də çox keçmədən özünü hadisə yerinə çatdırıb. Mal-qaranın sahibi qardaşlardan biri sürücünü bıçaqlayıb, polisin xəbərdarlığına əhəmiyyət vermədikdə isə polis onların ikisini də vuraraq yaralayıb. Yaralılar xəstəxanaya çatdırılıb. Hadisə ilə bağlı polis istintaq işi başladıb.
Müəllimin maaşı şagirdin topladığı bala görə müəyyənləşdirilməlidirmi? – AÇIQLAMA
Dərnəgül deposunda işlər hansı mərhələdədir? – Ekspert AÇIQLADI - VİDEO
Naxçıvandan Pakistana qatarla getmək mümkün olacaq? – Detallar AÇIQLANDI
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi?
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF










