İran öz dəmir yolunu Azərbaycana birləşdirəcək

Miyanə-Ərdəbil-Muğan (Parsabad, Germi və Biləsuvar) dəmir yolu xəttinin gələcəkdə Azərbaycanın dəmir yolu xəttinə birləşdirilməsi nəzərdə tutulub. Anspress-in məlumatına görə, bunu Ərdəbil əyalətinin başçısı Məcid Xudabəxş bu gün azərbaycanlı jurnalistlərlə görüşündə deyib. M.Xudabəxş bildirib ki, Miyanə-Ərdəbil-Muğan bölgəsi dəmir yolu layihəsinin icrasına bir neçə ildir ki başlanılıb: "İndiyə kimi bu layihənin icrasına 300 milyard tümən (117 milyon dollar) investisiya qoylub. Bu layihə bizim milli layihələrimizdəndir".
O, əlavə edib ki, Miyanədən Ərdəbil istiqamətində Xalxal şəhəri yaxınlığında dəmir yolunun çəkilməsi üçün çoxlu körpü tikilməli və tunellər qazılmalıdır. Tunellərin uzunluğu 23 kilometrdir: "İş ağır olduğuna görə işlər Miyanə-Ərdəbil istiqamətində bir az ləng gedir. Layihənin yeni podratçısı bəllidir və bu layihəni sərmayə yatırmaq yolu ilə davam etdirməyi planlaşdırırıq. Dəmir yolunun Ərdəbildən Parsabad şəhərinə kimi olan hissəsinin tikintisinə ikinci mərhələdə başlanacaq və Azərbaycanın dəmir yoluna birləşdiriləcək".
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq dəhlizi çərçivəsində də hazırda Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun tikintisi davam etdirilir və İranın dəmir yolu bu vasitə ilə Azərbaycan dəmir yoluna birləşəcək. Bu dəmir yolu layihəsinin 2015-ci ilin əvvəllərində başa çatacağı ehtimal olunur.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












