İSB: Sığortasız avtomobillərə görə cərimələr artırılsın

Əmlakın icbari sığortası ilə bağlı təkliflər hazırlanıb və Maliyyə Nazirliyinə göndəriləcək.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu sözləri İcbari Sığorta Bürosunun icraçı direktoru Elxan Quliyev bildirib.
Onun sözlərinə görə, əmlakın icbari sığortasının əhatə dairəsi geniş deyil: “Azərbaycanda mövcud olan əmlakın sayı barədə dəqiq məlumatı əldə etmək çox çətindir, amma 2013-cü ilin statistik məlumatlarına əsasən, 3 milyondan çox əmlak var, bu əmlakın icbari sığortası isə 8-10% arasındadır.
Sonuncu statistikaya görə, Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 245 ədəddir.
Büronun informasiya sisteminin məlumatlarına baxsaz, 50% avtomobil icbari sığortaya cəlb olunub. Bu da çox aşağı rəqəmlərdir” - deyə E.Quliyev bildirib.
“Əlbəttə ki, büro olaraq bizim əsas hədəfimiz bu rəqəmi 90-95%-ə çatdırmaqdır. İstər əmlakda, istərsə də avtomobillərin icbari sığortasında”.
Quliyev qeyd edir ki, bu sahədə müəyyən işlər görülür. Təkliflər hazırlanır: “Təkliflərdə inkişaf edən ölkələrin təcrübəsi nəzərə alınacaq. Layihə çox uğurlu olacaq. Bu məsələlər ilə bağlı 3 illik proqram da qəbul etmişik. Bizim məqsədimiz də bu sayı artırmaqdır”.
İcraçı direktor həmçinin qeyd edir ki, ən azı iki ilə bu məsələlər öz həllini tapacaq.
Elxan Quliyev vurğulayır ki, cərimələrin artırılması da təkliflər sırasındadır. “Keçən il biz təklif edirdik ki, cərimələr artırılsın. İcbari sığortası olmayan nəqliyyat vasitələrinin idarə edilməsinə görə, cərimələr 10 manatdan 50 manatadək artırıldı. Bu gün büro olaraq mütəmadi KİV-də icbari sığortanın məcburiliyi barədə sosial reklam kampaniyaları keçirdik. Bunun nəticəsidir ki, bu il keçən illə müqayisədə 13-14% artım var.
Bəziləri fikirləşirdi ki, Azərbaycanda cərimələr böyükdür. Amma Qazaxıstanda nəqliyyat vasitəsinin icbari sığortasız idarə edilməsinə görə cərimənin məbləği 200 dollardır. Azərbaycanda isə bu, 50 manatdır. Bu rəqəm Azərbaycanda çox aşağıdır”, - deyə, o əlavə edib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












