İslamabad-Bakı aviareysi təxirə düşdü

"Türkiyə Hava Yolları" şirkətinin təyyarələri avqustun 12-dən İslamabad-Bakı-İstanbul marşrutu üzrə reysin həyata keçirilməsinə başlamalı idi, lakin texniki problemlərə görə reys təxirə salınıb. Avtosfer.az trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Pakistanın Azərbaycandakı səfiri Xalid Usman Qayseri deyib.
Xatırladaq ki, Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Trend-ə üçtərəfli razılığa əsasən, reysin həfətədə iki dəfə - bazar ertəsi və cümə günləri "Türkiyə Hava Yolları"na məxsus təyyarələrlə həyata keçiriləcəyini bildirmişdi.
Biletlərin qiyməti təqribən 600-650 ABŞ dolları, uçuşun müddəti təxminən 3 saat olacaq.
Hava əlaqəsinin bərpa edilməsi ilə bağlı razılıq Pakistan prezidenti Məmnun Hüseynin ötən ilin mart ayında Azərbaycana rəsmi səfəri zamanı əldə olunmuşdu.
Mövcud İstanbul-İslamabad aviareysinin Bakıya kimi uzadılması məsələsi həmçinin Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə müzakirə olunub.
Səfir bildirib ki, Azərbaycan və Pakistan hökumətləri aviareysin açılışının iki ölkə arasında iqtisadi əlaqələrin inkişafına imkan yaradacağına ümid edir.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












