“İcazə” blanklarının qanunsuz satışına qarşı tədbirlər davam etdirilir - DANX

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “İcazə” blanklarının daşıyıcılar və şirkətlər arasında qanunsuz satışı ilə mübarizə tədbirlərini davam etdirir. Avtosfer.az xəbər verir ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da “İcazə” blanklarına daşıyıcının ştampının vurulması sırf onun məsuliyyəti və vəzifəsidir. Daşıyıcıların bəzi hallarda üzərilərinə düşən məsuliyyətə etinasız yanaşması xoşagəlməz nəticələrə və blankların qanunsuz satışına yol açır. Neqativ halların qarşısının alınması məqsədilə daşıyıcılar “İcazə” blanklarını xidmətdən təhvil alan zaman onları yerində şirkətin ştampı ilə möhürləməlidirlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti prosedurun icrasına nəzarət edən əməkdaşlar ayırıb.
Qurumda, həmçinin “İcazə” blanklarının nömrələri əsasında hansı daşıyıcıya verilməsi qeydə alınır. Bu, daha sonra identifikasiya aparmağa və qanunsuz satış hallarını araşdırmağa imkan yaradır.
Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücülərə və daşıyıcılara diqqətli olmağı tövsiyə edir. “İcazə” blanklarının qanunsuz satışı ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, https://www.facebook.com/AzDANX rəsmi feysbuk ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












