İcra başçısı ilə müavininin xidməti avtomobili rayon mərkəzində "avtoşluq" etdi - FOTO

Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının və onun digər müavinin xidməti avtomobilləri rayonun mərkəzində ağır yol qəzası törədib.
Avtosfer.az xəbər verir ki, bu haqda azinforum.az saytına rayondakı mənbə məlumat verib.
"İcra başçısının Hüseyn adlı sürücüsü və digər iki müavinin sürücüləri toyda yeyib-içdikdən sonra, rayonun mərkəzində yüksək sürətlə yarışmağa başlayıblar. Nəticədə icra başçısının xidməti avtomobili səküyə çırpılaraq, onunla yarışan başçının müavinin avtomobili ilə toqquşub. Hadisə nəticəsində VAZ-07 markalı başqa bir avtomobilə də ziyan dəyib. Qəza zamanı icra başçısının Yeganə adlı xanım müavinin də sürücüsü başçının xidməti avtomobilində olub. Qəza nəticəsində icra hakimiyyətinin üç xidməti sürücüsü yaralanıb. Avtomobillərə ciddi ziyan dəyib. İcra başçısının sürücüsünün vəziyyətinin çox ağır olduğu bildirilir. Hər üç sürücü hazırda Beyləqan Rayon Mərkəzi Xəstəxanasındadır", - deyə rayondakı mənbə bildirib.
Hadisə ilə bağlı Beyləqan İcra Hakimiyyətindən münasibət öyrənmək cəhdlərimiz alınmadı. Beyləqandakı mənbələrin verdiyi məlumata görə, icra başçısı hazırda rayonda deyil. Onun məhz bu hadisəyə görə Bakıya çağrıldığı bildirilir.Hadisəylə bağlı fotoları təqdim edirik:




İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...












