İcra Hakimiyyəti qazi ilə bağlı məsələyə aydınlıq GƏTİRDİ

Neftçala rayon İcra Hakimiyyəti bəzi kütləvi informasiya vasitələrində qazi Namid Hüseynovun İcra Hakimiyyətinin qarşısında qollarını kəsməsi ilə bağlı yaydığı məlumatlara münasibət bildirib.
İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilir ki, Neftçala şəhəri M.Ə.Rəsulzadə küçəsində yaşayan Hüseynov Namid Mübariz oğlu, 44 günlük Vətən müharibəsində Füzuli, Xocavənd, Qubadlı, Zəngilan uğrunda gedən döyüşlərin iştirakçısıdır.
Oktyabrın 26-da Rayon İcra Hakimiyyətinin başçısı və aparatının məhsul şəxslərinin iştirakı ilə Namid Hüseynov rəsmi şəkildə qəbul edilib və yaşadığı fərdi yaşayış evinin dam örtüyünün təmir olunmasını, müalicə olunması məqsədilə dərman ləvazimatının alınmasını və maddi köməklik göstərilməsini xahiş edib. Müraciətinə əsasən Namid Hüseynova təyin edilimiş resept əsasında dərman ləvazimatları alınaraq verilib.
Həmin gün Hamid Hüseynovun yaşadığı fərdi yaşayış evinə baxış keçirilib və dam örtüyünün yararsız olduğu müəyyənləşib. Fərdi yaşayış evinin dam örtüyü tam təmir olunub.
Rayon İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilən Namid Hüseynov müxtəlif ərzaq dükanlarından borc müqabilində götürdüyü ərzağın pulunun ona verilməsinə köməklik olunmasını da xahiş edib. Onun bu xahişi də nəzərə alınaraq maddi yardım göstərilib.
Qeyd edək ki, İcra Hakimiyyətinə daxil olan müraciət zamanı onun müharibədə yaralanması ilə bağlı hər hansı rəsmi sənəd təqdim olunmayıb. Buna baxmayaraq Rayon İcra Hakimiyyətinin başçısının göstərişi ilə Namiq Hüseynov Rayon Mərkəzi Xəstəxanasında bütün müayinələrdən keçirilib və ona bütün lazimi tibbi xidmət göstərilib.
Açıqlamada o da bildirilir ki, qazinin “İcra Hakimiyyətinin qarşısında qollarını kəsməsi” informasiyası yalnışdır.
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA














