İctimai Şura üzvləri gömürükçülərin peşə bayramını təbrik etdi - VİDEO

Azərbaycanda gömrük işinin möhkəm təməllər üzərində inkişafına böyük məsuliyyət hissə ilə yanaşan və bu sistemin təkamül yolu ilə dünya standartları səviyyəsinə çatdırılmasının vacibliyini başa düşən Dövlət Gömrük Komitəsinin ən sıravi əməkdaşından rəhbərliyə qədər hər birinin gərgin əməyi və xidmətləri danılmazdır.
Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkənin quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur, qaçaqmalçılığa qarşı qətiyyətlə mübarizə aparır.
Öz fəaliyyətini müasir dövrün tələbləri səviyyəsində qurmağa çalışan Dövlət Gömrük Komitəsi son illər xarici ölkələrin gömrük orqanları ilə işgüzar əlaqələr yaratmaqla əməkdaşlığı genişləndirmiş, dünyanın qabaqcıl ölkələrinin təcrübələrindən bəhrələnməklə milli gömrük qanunvericiliyinin tələblərinə uyğun respublikamızın iqtisadi təhlükəsizliyinin, suverenliyinin və maraqlarının qorunmasında, Azərbaycan iqtisadiyyatının dünya təsərrüfatına inteqrasiyasında, iqtisadi islahatların dərinləşdirilməsində, dövlət büdcəsinin gəlirlər hissəsinin formalaşdırılmasında mühüm rol oynayır. Nəticə etibarilə, gömrük siyasəti xarici əlaqələrdə öz əksini taparaq iqtisadiyyatın möhkəmlənməsinə və genişlənməsinə xidmət edir. Dünyanın inkişaf etmiş ölkələrin gömrük orqanları və aidiyyəti beynəlxalq təşkilatları ilə qarşılıqlı faydalı əməkdaşlıq Azərbaycan gömrük sisteminin uğurlu gələcəyindən xəbər verir.
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri başda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev olmaqla bütün gömrük əməkdaşlarını səmimi qəlbdən təbrik edir, gələcək şərəfli və məsul işlərində uğurlar arzulayırlar!
Dövlət Gömrük Komitəsi yanında İctimai Şuranın üzvləri:
Elməddin Muradlı, Çingiz Bayramov,Hafiz Əzəmmədov, Şəbnəm Dadaşova, Ədil Ədilzadə, Namiq Məmmədov
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA
Azərbaycanda yerli yolların xəritəsi dəyişə bilər – EKSPERT
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti














