İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər

Dəniz suyunda COVID-19 ilə yoluxma mümkün deyil, əksinə duz və dəniz suyu viral yükü azaltmağa kömək edir. Bunu tibb üzrə fəlsəfə doktoru Yazgül Abdiyeva deyib.
Onun sözlərinə görə, duzlu bir mühitdə yaşaya bilməyən bir çox mikroorqanizm var. Dəniz suyunun kimyəvi prosesləri duzların konsentrasiyası ilə əlaqəli yüksək ion gücü, habelə yüksək natrium və xlorid ionları ilə müəyyən edilir. Buna görə də virusların çox ailəsi dənizdə yaşamır. Çimərlikdə koronavirusun yayılmasını çətinləşdirən əsas amil Günəş, dəniz qumunun duzluluğu və səthidir. Ultrabənövşəyi şüalar dəniz duzunun qalıqları səthə düşən virusu məhv edir”.
Sağlamlıq üçün təmiz hava və D vitaminin qəbul edilməsini olduqca vacib sayan Y.Abdiyeva avqust ayı ərzində insanları çimərliklərdən istifadə etməklə orqanizmlərini gücləndirməyi tövsiyə edib.
Vətəndaşların çimərliklərdən istifadə edə bilməsi barədə qərarın çox da gec verilmədiyini deyən alim qeyd edib ki, insanlar avqust ayının qarşıdakı günləri ərzində çimərliklərə gedə bilərlər. İki həftə ərzində çimərliklərə getmə orqanizmin güclənməsində xüsusi rol oynaya bilər.
Çimərliklərdə məsafə gözləyərək istirahət etməyi məsləhət görən mütəxəssis qeyd edib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın apardığı işlər nəticəsində çimərliklər qaydaya salınaraq, insanların onlardan rahat istifadə edə bilməsi üçün şərait yaradılıb:
“İndi insanların açıq havada istirahət etməyi üçün tam təhlükəsiz şəraitin yaradılması təmin edilib. Cimerlik.az saytı vətəndaşlarımızın təhlükəsiz və sağlam istirahətinin təmin edilməsi üçün istifadəyə verilib. İndi insanların etməli olduğu bircə məsələ sadəcə gigiyena qaydalarına əməl etmək və sosial məsafəni gözləməkdir”.
“ASAN xidmət”in pandemiya dövründə çimərlik ərazilərindən istifadə ilə bağlı beynəlxalq təcrübəni öyrəndiyini deyən Y.Abdiyeva vətəndaşlar üçün ən təhlükəsiz şəraitdə çimərliklərdən istifadənin təmin edildiyini söyləyib:
“Vətəndaşların çimərliklərə buraxılması üçün qısa zaman ərzində hazırlıq işləri aparılıb və böyük bir iş ortaya qoyulub. 120 çimərlikdə xüsusi çimərlik zonası yaradılıb, məlumatlandırıcı lövhələr və dezinfeksiya etmək üçün xüsusi qurğular quraşdırılıb. Prosesə 1000 ASAN könüllüsü cəlb edilib”. (Trend)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











