İki maska taxanlara XƏBƏRDARLIQ

İki maskanın eyni zamanda istifadəsi dəb halına gəlib. Koronavirusdan qorunmaq üçün tibbi, üstəlik qeyri-adi görünmək üçün dizaynlı maskalar taxılır.
ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi iki maska taxmağın koronavirusun yayılmasının qarşısını almaqda təsirli olduğunu bildirmişdi. Terapevt Nadejda Çernışova isə iki maskadan istifadənin zərərlərindən danışıb.
Onun sözlərinə görə, maskanın qalınlığı normal nəfəs almağa imkan verməlidir. Bir adam eyni anda iki maska taxarsa, nəfəs almaqda çətinlik yarana bilər və nəticədə onları çıxarmalı olacaq.
“Adi tibbi maska bizi virusdan 90 faizdən çox qoruyursa, ikincisinə nə gərək var? İkinci maskanın heç bir faydası yoxdur. Bundan əlavə, dizaynlı maskalar boyanmış və ya qaşlarla bəzədilmiş olur. Gözəldir, amma bütün bu gözəllik onların faydasına mane olur”, - Çernışova izah edib.
Respiratorun taxılmasına gəldikdə: həkim bu metodun effektivliyi barədə etibarlı məlumat mənbəyinin olmadığını qeyd edib. O bildirib ki, bu mövzuda elmi araşdırmalar aparılmayıb.
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA
Gələn il sosial ödənişlərin məbləğində artım edilməsi üçün hansı meyarlar nəzərə alınmalıdır? - İQTİSADÇI
Küləkli havalarda ağacların aşmasının qarşısını necə almaq olar? - EKOLOQ












