İki şəhidimizin övladları dünyaya gəlib - VİDEO

İki şəhidimizin övladları dünyaya gəlib
Şuşa döyüşlərində şəhadətə yüksəlmiş igidimiz İntiqam Əsgərlinin övladı dünyaya gəlib.
Avtosfer.az xezerxeber.az-a istinadən bildirir ki, iki övladını bir-birinin ardınca Vətən torpağına əmanət edən ananın indi tək təsəllisi qucağında saxladığı körpədir.
Qardaşı Nurlan Əsgərli Aprel döyüşlərində şəhadətə yüksəldikdən sonra qız atası olan İntiqam körpənin adını da şəhid Nurlanın adına uyğunlaşdıraraq Nur qoyub. Lakin o vaxt heç ağlına belə gətirməzdir ki, nə vaxtsa ikinci balası onun öz adını daşıyacaq...
Bu gün həmçinin Cəbrayıl uğrunda gedən döyüşlərdə düşmənə qan udduraraq şəhidlik zirvəsinə ucalmış Turab Quliyevin övladı dünyaya göz açıb.
Bu balaca oğlan da öz atasının adını yaşadacaq.
Bu gün ailəsi və yaxınları kimi atasının döyüş yoldaşları və qazilər də balaca Turabın yanında idilər.
Qeyd edək ki, bu gün "YAŞAT" Fondu hər iki ailənin yanında olub, körpənin adına açılan 5 min manatlıq hesab kartını analara təqdim ediblər.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Bu yollarda tıxac var - FOTO
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO










