İlham Əliyev Ərdoğana məktub göndərdi
Gündəm
3 Oktyabr 2020 21:59

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. “Qafqazinfo” xəbər verir ki, məktubda Ermənistanın Azərbaycana təcavüz xarakterli hücumlarından söz açılıb.
Məktubda deyilir ki, sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atıb. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutub. Bu təxribat nəticəsində indiyə kimi hərbçilərimiz, 19 mülki şəxs, o cümlədən iki uşaq həlak olub, 55 mülki şəxs yaralanıb. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb.
Ermənistan ilk dəfə deyil ki, Azərbaycana qarşı hərbi təxribata əl atır. İyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni məskunlaşdırılması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini göstərir. Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatlarla danışıqlar prosesini mənasız edib.
Məktubda qeyd edilir ki, Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən qardaş Türkiyə Respublikası bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləyib. “Sizin məsələyə dair çox açıq və sərt bəyanatlarınız bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərib. Türkiyənin müvafiq dövlət qurumlarının rəhbərləri, parlament üzvləri və ictimaiyyət nümayəndələri də məsələyə qəti və birmənalı münasibət bildiriblər. Mən hər gün türk qardaşlarımızdan çoxsaylı dəstək məktubları alıram. Bütün bunlar Azərbaycan-Türkiyə birliyinin növbəti bariz nümunəsidir və Azərbaycan xalqı tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu dəstəyə görə Sizə və qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm”, - deyə dövlətimizin başçısı bildirir.
Məktubda vurğulanır ki, üzvü olduğumuz Türk Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı sentyabrın 28-də bəyanat qəbul edib. Prezident İlham Əliyev bu bəyanata görə də Prezident Rəcəb Tayyib Ərdoğana minnətdarlıq edib.
Azərbaycan Prezidenti Türkiyə Prezidentinə möhkəm cansağlığı, işlərində uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıb.
Oxunub : 1810
DİGƏR XƏBƏRLƏR
26 Sentyabr 2026 16:47
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
26 Sentyabr 2026 16:29
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
26 Sentyabr 2026 15:31
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxırlar
26 Sentyabr 2026 15:00
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
26 Sentyabr 2026 12:22
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
26 Sentyabr 2026 11:45
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
26 Sentyabr 2026 10:58
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
26 Sentyabr 2026 09:01
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
25 Sentyabr 2026 20:30
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
25 Sentyabr 2026 17:58
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
25 Sentyabr 2026 15:41
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
25 Sentyabr 2026 12:18
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
ŞƏRH YAZ











